ATP reytinqi

Yannik Sinner, ATP reytinqində dünya birincisi
Karlos Alkaras (İspaniya), dünya reytinqinin ikincisi
Aleksandr Zverev (Almaniya), dünya reytinqinin üçüncüsü
Novak Cokoviç (Serbiya), dünya reytinqinin dördüncüsü

ATP Reytinqi (ing. ATP Ranking), bütün turnirlərdə, təklər və qoşalar (cütlər) yarışlarında tennisçilərin istirakı və səpilməsi (sıralanması) üçün təsnifatını (kvalifikasiyasını) müəyyən etmək üçün Peşəkar Tennis Assosiasiyası (ATP) tərəfindən istifadə edilən qələbəyə əsaslanan metoddur. Təklərin reytinqi ilk dəfə 23 avqust 1973-cü ildə, cütlərin reytinqi isə 1 mart 1976-cı ildə dərc edilmişdir.

Reytinq xalları turnirin mərhələsinin adlanmasına və turnirin nüfuzuna uyğun olaraq verilir. Ən çox xal dörd Böyük Dəbilqə turnirində verilir. ATP finalı istisna olmaqla, reytinqlər hər bazar ertəsi yenilənir, xallar isə, onlar verildikdən 52 həftə sonra sıfırlanır.

APT finalına görə isə xallar, növbəti ilin son ATP Tur (ATP Tour) turnirindən sonrakı bazar ertəsi sıfırlanır.

Hal-hazırda, 5 oktyabr 2024-cü il vəziyyətinə görə italiyalı tennisçi Yannik Sinner kişilər arasında təklər yarışında dünya birincisidir.


Developed by StudentB